Bu gün qrup mərhələsinin V turunun oyunları keçiriləcək Avropa Liqası növbəti dəfə aşağılanıb.
Apasport.az saytının məlumatına görə, əksər aparıcı klubların barmaqarası yanaşdığı turnirə Neymar da yaxşı baxmır.
Çempionlar Liqasında mübarizə aparan PSJ-nin VI tur ərəfəsindəki perspektivini dəyərləndirən braziliyalı hücumçu 3-cü yerin sahibi kimi Avropa Liqasına yuvarlanmağı özünə sığışdırmadığını gizlətməyib: “Mən PSJ-yə ona görə gəlməmişəm ki, Avropa Liqasında oynayım”.
Qeyd edək ki, H qrupunda son tur öncəsi üç komanda – “Mançester Yunayted”, PSJ və “Leypsiq”in 9 xalı var. Son turda “Başakşəhər”lə qarşılaşacaq parislilər 1/8 finala yüksəlmək üçün ən azı 1 xal qazanmalı, ya da uduzsa, digər görüşün heç-heçə bitməməsini arzulamalıdır.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı