Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin İspaniya ilə oyunu Azərbaycan futbolu tarixinə yeni antirekordla düşüb.
Apasport.az saytının məlumatına görə, bunadək heç bir komandamız evdə belə acınacaqlı məğlubiyyət almayıb.
Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmanın 0:13 hesablı yenilgisi Azərbaycan futbol tarixinə ən ağır ev darmadağını kimi düşüb. Qadın millimiz qızlardan ibarət U-17 yığmasının sahibi olduğunu antirekordu yeniləyib.
U-17 2012-ci ildə Azərbaycanda keçirilən dünya çempionatında biabırçı çıxış etmişdi. Mundiala “11 ürək, 1 istək” devizi ilə qatılan yığmamız 2012-ci il sentyabrın 25-də Nigeriyadan 11 cavabsız qol buraxıb. Lənkəran şəhər stadionundakı qarşılaşma Azərbaycanda qeydə alınan ən böyük məğlubiyyət idi.
“ASK Arena”dakı 13 top “11 ürək, 1 istək”dən də artıq oldu.
İspaniya fiaskosu ümumiyyətlə futbol tariximizin 4-cü belə nəticəsidir. Bundan ağır üç məğlubiyyət olub. Onların da hamısı ölkə xaricində baş tutub.
28.09.2004. Danimarka – Azərbaycan - 20:0.
U-19 (qızlar) arasında Avropa çempionatının 2004/05 mövsümünün seçmə mərhələsinə biabırçılıqla başlayıb. Litvada mübarizə aparan komandamız elə ilk görüşdə nokauta düşüb. Cəmi iki gün sonra Fransadan 10 top buraxan yığma üç gündə “30 qol yeyib”.
23.06.2010. İsveç – Azərbaycan - 17:0
Dünya çempionatının seçmə mərhələsində mübarizə aparan qadınlardan ibarət yığma Skandinaviyada baharın deyil, yayın 17 anını 17 qolla yaşayıb.
21.08.2010. Uels – Azərbaycan - 15:0
Dünya çempionatının seçmə mərhələsində darmadağınları sıralayan qadınlardan ibarət milli İsveç faciəsindən cəmi iki ay sonra Uelsə getməyə də peşman olub.
10-11, hətta 12 top fərqli məğlubiyyətlərinin sayı kifayət qədər olan mililərimiz arasında əsas yığma da var. Komandamız AVRO-1996-nın seçmə mərhələsinin Oserdəki matçında Fransadan 10 cavabsız qol buraxıb.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb