Azərbaycan kubokunda məcburi əvəzləmələr
01.02.2022 - 19:12
Azərbaycan kubokunda məcburi əvəzləmələr

“Keşlə” klubu itkilərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ”la görüşdə iki məcburi əvəzləmə etməli olub.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın əvvəlcə 65-ci dəqiqəsində müdafiəçi Rafael Məhərrəmli zədələnib. 23 yaşlı cinah oyunçusu mübarizəni davam etdirə bilməyib. Nəticədə baş məşqçi Sənan Qurbanov onu digər gənc oyunçu Elçin Mustafayevlə əvəzləyib.

82-ci dəqiqədə isə Fəhmin Muradbəyli eyni aqibətlə üzləşib. Ayağından ciddi zədə alan Muradbəylinin yerinə meydana Bahadur Həziyev daxil olub.

Qeyd edək ki, hazırda son dəqiqələri gedən oyunda “Keşlə” 0:1 hesabı ilə geridədir.