Azərbaycanda istədiyi klub müəyyənləşdi - braziliyalı müdafiəçini
18.03.2021 - 11:18
Braziliyalı futbolçu Genilson Ventura Mendes de Oliveyra ilə maraqlanan Azərbaycan klubunun adına aydınlıq gəlib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, 30 yaşlı mərkəz müdafiəçisi “Zirə”nin gündəmindədir.
“Transfer pəncərəsi” bağlandıqdan sonra bir neçə oyunçu ilə güclənən bakılılar hazırda azad agent statusu daşıyan Genilsona da təklif göndərib. Futbolçu başqa variantları da olduğundan, bir qədər gözləmə mövqeyi tutmağı qərara alıb.
Qeyd edək ki, Genilson son klubu “Yuventude”dən ötən ay ayrılıb.
0
0