Azərbaycanın birləşmiş çempionata qoşulmasına qarşı çıxdı – fəxri prezident
12.02.2021 - 13:41
Azərbaycanın birləşmiş çempionata qoşulmasına qarşı çıxdı – fəxri prezident

“2013-cü ildə də Rusiya və Ukrayna çempionatlarının birləşdirilməsi müzakirə olunurdu. Hətta bunun üçün xüsusi qrup da yaradılmışdı. Bütün bunların nə ilə başa çatdığı bəllidir”.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov deyib.

O, keçmiş SSRİ təmsilçilərinin iştirakı ilə birləşmiş çempionatın keçirilməsi barədə ideyanın növbəti dəfə ortaya atılmasına münasibət bildirib. Koloskov Azərbaycan, Belarus və Qazaxıstan klublarının Rusiya Premyer Liqasına qoşulmasına qarşı çıxıb: “Rusiya futbolu ilə məşğul olmaq lazımdır. Rusiya futbol sisteminin çökməsindən başqa heç nə verməyəcək layihələri unutmaq lazımdır. Ona görə də mən layihənin qəti əleyhinəyəm. Biz Almaniya və ya İspaniya ilə birləşsək pis olmazdı. Amma bütün hörmətimə baxmayaraq bu təklifdən nə qazanacağıq?”.