Azərbaycanla oyunu buraxa bilər – portuqaliyalı müdafiəçi
03.03.2021 - 11:31
Azərbaycanla oyunu buraxa bilər – portuqaliyalı müdafiəçi

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya yığması daha bir problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Rafael Gerrero zədələnib.

Dortmund “Borussiya”sının sol cinah oyunçusu Almaniya kubokunun 1/4 final mərhələsində Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşmanın 5-ci dəqiqəsində zədələnərək əvəzlənib. Sol ayağında əzələ problemi yaranan Gerreronun Portuqaliyanın qarşıdakı oyunlarında iştirakı sual altına düşüb.

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsində ilk oyununu martın 24-də Azərbaycan yığmasına qarşı keçirəcək.