Bakıya bombardirlə gəlir – Serbiya
28.03.2021 - 01:25
Bakıya bombardirlə gəlir – Serbiya

Aleksandar Mitroviç Serbiya millisinin tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, hücumçu yığmanın 101 illik tarixinin (Yuqoslaviya, Serbiya və Monteneqro, Serbiya) ən yaxşı bombardiri adına yiyələnib.

O, bu uğuru DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə görüşündə gerçəkləşdirib. Hazırda davam edən qarşılaşmada komandasının ilk qoluna imza atan Mitroviç millidə 39-cu dəfə fərqlənib.

Bununla da Aleksandar 38 qol vuran Stepan Bobeki arxada qoyub. Növbəti oyununu martın 30-da Bakıda Azərbaycan millisinə qarşı keçirəcək Serbiya ölkəmizə yeni bombardirlə gələcək.