Baş məşqçini istefaya göndərir – Bundesliqa klubu
01.03.2021 - 17:30
Almaniyanın “Arminiya” klubu baş məşqçisi Uve Noyhausu istefaya göndərəcək.
Apasport.az saytının məlumatına görə, buna komandanın uğursuz nəticələri səbəb olub.
61 yaşlı mütəxəssisin yetirmələri son 5 oyunda 4 məğlubiyyət alıb. Bu matçlarda top fərqi 2:14 olub. Komanda yeganə xalını “Bavariya”dan alıb – 3:3.
Qeyd edək ki, “Arminiya” Bundesliqanın turnir cədvəlində 16-cı sırada yer alıb.
0
0