Benites Çindən qayıtdı – “Seltik”ə gedəcək
24.01.2021 - 12:57
Tanınmış baş məşqçi Rafael Benites Çinin “Dalyan İfan” klubunu tərk edib.
Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.
Mütəxəssis infeksiya səbəbindən Asiya ölkəsini tərk etməyi məqsədəuyğun sayıb. Onun karyerasını Şotlandiyada davam etdirəcəyi gözlənilir.
“Seltik” Benitesin xidmətində maraqlıdır. “Reyncers”lə əzəli rəqabətdə uduzmağa başlayan “zolaqlılar” yeni baş məşqçi ilə uğur qazanmağı planlaşdırır.
0
0