Beyllə bağlı qərarını verdi – “Tottenhem”
10.11.2020 - 13:45
Beyllə bağlı qərarını verdi – “Tottenhem”

“Tottenhem” hücumçu Qaret Beyllə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi mövsümün əvvəlində icarəyə götürdüyü ulduz futbolçunu birdəfəlik transfer etmək niyyətindədir.

Bununla bağlı klublar arasında danışıqlara start verilib. “Tottenhem” 31 yaşlı oyunçunun transferi müqabilində qarşı tərəfə 15 milyon avro ödəməyə hazırdır. Koronavirus pandemiyası səbəbindən böhranla üzləşən “kral klubu” da yüksək məbləğdə maaşını nəzərə alaraq, Beyli satmaqda maraqlıdır.

Qeyd edək ki, Qaret Beyl “Real”a 2013-cü ildə 101 milyon avro qarşılığında məhz “Tottenhem”dən keçib.