İspaniyanın “Barselona” klubunun zədəli futbolçularından biri sıraya dönür.
Apasport.az saytının məlumatına görə, zədəsini sağaldan müdafiəçi Serji Roberto bərpa prosesinə başlayıb.
Ötən il noyabrın 21-də “Atletiko” ilə qarşılaşmada zədələnərək sıradan çıxan 28 yaşlı sağ cinah oyunçusu artıq bu ay yaşıl meydanlara dönüşünü qeyd edə bilər. Baş məşqçi Ronald Kuman özünü yaxşı hiss edəcəyi təqdirdə Robertonun yanvarın 31-də La Liqanın XXI turunda “Atletik”lə matçda meydana çıxacağını söyləyib.
Qeyd edək ki, “Barselona”nın müdafiəçisi Jerar Pike, yarımmüdafiəçisi Filip Koutinyo və hücumçusu Ansu Fati uzun müddətdir zədədən əziyyət çəkir.