Biri gəlir, biri gedir – “Bavariya”da
24.01.2021 - 13:50
Almaniyanın “Bavariya” klubu Dayot Upamekanonun transferini həll edir.
Apasport.az saytının məlumatına görə, “Leypsiq”in fransalı müdafiəçinin keçidi yaxın günlərdə rəsmiləşəcək.
Upamekanonun gəlişi digər müdafiəçinin Münhen təmsilçisini tərk etməsi ilə nəticələnəcək. Belə ki, Bundesliqanın çempionu Niklas Zule ilə vidalaşmağı planlaşdırır.
Düzdür, onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Lakin Niklas məşqçilər korpusunun planlarına daxil olmadığından onun transferə çıxarılması nəzərdə tutulub.
0
0