Bombardirini itirdi – “Neftçi”
13.02.2021 - 20:12
“Neftçi”nin futbolçusu Namiq Ələsgərov zədələnib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Premyer Liqanın XV turunun “Qarabağ”la görüşünün sonlarında xəsarət alıb.
Hazırda 2:1 hesabı ilə öndə olan komandasının hər iki qoluna imza atan Namiq zədədən sonra qısa müddətə meydana dönsə də, 80-ci dəqiqədə əvəzlənib. Baş məşqçi Samir Abasov ən yaxşı bombardirininin yerinə meydana Mert Çeliki buraxıb. O, meydanda komandasının 4-cü mərkəz müdafiəçisi olub.
0
0