Böyükhesablı qələbə - millimizdən
31.01.2021 - 21:49
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, Samir Əliyevin komandası birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.
Görüş yığmanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-19-un qollarına Camal Cəfərov, Mehrac Baxşəli və Samir Məhərrəmli imza atıb.
0
0