Britaniya ştammı tapıldı – Super Liqa klubunda
22.03.2021 - 14:02
Türkiyənin “Ankaragücü” klubu koronavirus testinin nəticələrini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi bir işçisində yoluxma aşkarlandığını bəyan edib.
Covid-19 testi pozitiv çıxan həmin şəxsin Britaniya ştammına yoluxduğu müəyyənləşib. Klub işçisinin müayinəsinə başlanıldığı, bazanın dezinfeksiya olunduğu açıqlanıb.
Qeyd edək ki, “Ankaragücü” Super Liqada 30 turdan sonra 29 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşır.
0
0