Cəzalı duruma düşdü – Qurbani və Alıyev
03.03.2021 - 21:55
Azərbaycan Premyer Liqasının XVIII turunun ikinci günü iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, hər iki oyunçu mövsümdə 4-cü sarı vərəqəsini alıb.
“Sumqayıt” – “Zirə” görüşündəki (0:0) vərəqələr hər komanda üçün bir itkiyə səbəb olub. Meydan sahibləri Əli Qurbaninin xidmətindən məhrum olub.
Paytaxt təmsilçisi isə Qismət Alıyevi itirib. Mövsüm ərzində iki komandada oynayan sonuncu 4-cü xəbərdarlığını alıb.
0
0