DÇ-2022-nin 15-ci iştirakçısı
01.02.2022 - 20:28
DÇ-2022-nin 15-ci iştirakçısı

Bu il Qətərdə keçiriləcək dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Asiya zonası üzrə seçmə mərhələnin A qrupunun VIII turunda Suriya üzərində səfər qələbəsi qazanan Cənubi Koreya millisi mundialın final mərhələsində oynamaq hüququ əldə edib.

Səfərdə 2:0 hesablı qələbə qazanan Paulo Bentonun yetirmələri xallarının sayını 20-yə çatdıraraq, lider İranla birlikdə qrup səddini aşmağı təmin edib. Sona 2 tur qalmış hər iki komanda rəqibləri üçün əlçatmazdır.

21 noyabr - 18 dekabrda keçiriləcək dünya çempionatının iştirakçı sayı bununla 15-ə çatıb.