Depay təkliflər gözləyir
28.03.2022 - 00:17
Depay təkliflər gözləyir

Memfis Depayın “Barselona” karyerası qısa çəkə bilər.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü hazırkı komandasında xoşbəxt deyil.

Xavi Ernandesin gəlişindən sonra əsas heyətdəki yerini itirən 28 yaşlı forvardın Ansu Fatinin sağalması ilə oynamaq şansı daha da azalacaq. Bunu nəzərə alan Niderland millisinin üzvü digər təklifləri dəyərləndirməyin əleyhinə deyil. Hazırda “İnter”, “Milan”, “Yuventus”, eyni zamanda İngiltərənin bir çox klubu onun xidmətində maraqlıdır.

Ancaq Depayla ən çox maraqlanan komanda “Tottenhem”dir. Onun gələcək taleyi yayda ediləcək təkliflərdən asılı olacaq.