Dəyişikliyə getdi - "Neftçi"
27.12.2020 - 15:47

"Neftçi” qış fasiləsindəki təlim-məşq toplanışı çərçivəsində əvvəlcədən nəzərdə tutulduğu kimi bir yox, iki yoxlama oyunu keçirəcək.
Apasport.az klubun saytına istinadən məlumat verir ki, artıq rəqiblər də müəyyənləşib.
Samir Abasovun komandası yanvarın 10-da "Qəbələ”, 14-də isə "Keşlə” ilə qarşılaşacaq. Oyunların məkanı və başlama saatı hələ dəqiqləşməyib.
Qeyd edək ki, təlim-məşq toplanışı yanvarın 4-dən 21-dək "Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək.
0
0