Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın komandaları Region Liqasında - RƏSMİ
08.11.2020 - 19:24
İşğaldan azad olunmuş rayonların təmsilçiləri futbol üzrə Region Liqasında çıxış edəcəklər.
Apasport.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən, AFFA-nın təşəbbüsü ilə yaradılacaq komandalar növbəti mövsümdən etibarən assosiasiyanın təşkilatçılığı ilə keçirilən Region Liqası turnirində mübarizə aparacaqlar.
0
0
AFFA
Region Liqası
yeni komandalar