"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov müdafiəçi Vild-Donald Gerye ilə bağlı qərarını verib.
Bu barədə apasport.az saytına gənc mütəxəssis özü məlumat verib.
43 yaşlı çalışdırıcı müqavilə müddəti mövsümün sonuna qədər olan Haiti millisinin üzvünü gələn mövsüm də ixtiyarında görməkdə maraqlıdır. O, 31 yaşlı sol cinah oyunçusunun anlaşmasındakı 1 illik uzatma bəndinin aktivləşməsi üçün rəhbərliklə görüşəcəyini söyləyib: "Geryenin komandada qalmasını çox istərdim. O, heyətdə görməyi ən çox istədiyim oyunçulardan biridir. Yüksək keyfiyyətə malik futbolçudur. Mövsüm bitdikdən sonra onunla söhbətimiz olacaq".
Qeyd edək ki, "Neftçi"nin idman direktoru Ceyhun Sultanov mövsümün sonunda baş məşqçi ilə bu barədə söhbət aparacaqlarını, çalışdırıcının qərarına uyğun hərəkət edəcəklərini söyləyib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA