Gilyerme Pato: "Debütüm pis alınmadı"
01.02.2022 - 21:48
“Debüt oyunum pis alınmadı”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Gilyerme Pato Azərbaycan kubokunun ¼ final mərhələsində “Sabah”la keçirilən oyundan sonra deyib.
Braziliyalı hücumçu 1:1 hesabı ilə başa çatan qarşılaşmanın ardından “CBC Sport” kanalına açıqlamasında təəssüratlarını bölüşüb: Yəqin ki, məşqçilər korpusu oyunu analiz edəcək. Vacib məqam odur ki, cavab görüşünə hazır olaq. Məşqçilər korpusu bu qarşılaşmanı təhlil edəcək, tapşırıqlarını verəcəklər”.
0
0