Hamının 4 qol vurduğu yığma – uğursuz gün
28.03.2022 - 12:18
Hamının 4 qol vurduğu yığma – uğursuz gün

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Latviya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Bu, millimizin martın 29-da keçirəcəyi 4-cü matçdır. Bu tarixdəki bütün qarşılaşmalarda məğlub olan komandamıza eyni sayda – 4 top vurulub.

1995-ci ildə Koşitsedə Slovakiyaya 1:4 hesabı ilə uduzan yığma 16 il sonra Brüsseldə də eyni nəticəyə üzülüb. 2003-cü ildə Kardiffdə Uels də qapımızdan 4 top keçirib. Lakin böyük britaniyalılar quru hesabla qalib gəlib.

Hamının martın 29-da 4 qol vurduğu yığmanın hər üç görüşü Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutub. Latviya ilə qarşılaşma isə yoldaşlıq xarakteridir. Rəqibin digərlərindən xeyli zəif olduğunu nəzərə alsaq, 4 qol buraxmaq tendensiyasının qırılacağına ümid etmək olar.