Həftənin futbolçusu adına namizədlər – Çempionlar Liqasında
11.03.2021 - 09:00
Həftənin futbolçusu adına namizədlər – Çempionlar Liqasında

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutan 4 qarşılaşmadan sonra UEFA 4 iddiaçı seçib.

Bunlar Serxio Oliveyra (“Porto”), Keylor Navas (PSJ), Erlinq Haland (“Borussiya”, Dortmund) və Fabinyodur (“Liverpul”).

Azarkeşlər arasında aparılan sorğunun qalibi sabah açıqlanacaq.