Hücum xəttində islahatlar – ikisi gəlir, biri gedir
26.01.2021 - 12:08
Hücum xəttində islahatlar – ikisi gəlir, biri gedir

İtaliyanın “Udineze” klubu qış transfer pəncərəsində hücum xəttini gücləndirmək iddiasındadır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi iki forvardın keçidini rəsmiləşdirməyə yaxındır.

“Udineze” Fernando Lorenteni “Napoli”dən, Patrik Kutroneni “Vulverhempton”dan transfer edəcək. Bu oyunçuların gəlişindən sonra Kevin Lozano klubu tərk edəcək. 

O, “Verona”ya keçəcək. “Udineze” onun satışından 10 milyon avro qazanacaq.