Hücuma iki transfer – “Mançester Siti”nin planı
25.01.2021 - 16:33
Hücuma iki transfer – “Mançester Siti”nin planı

İngiltərənin “Mançester Siti” klubu mövsümün sonunda transfer etmək istədiyi iki hücumçunun adını müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” Dortmund “Borussiya”sının qolçusu Erlinq Haland və “Barselona”nın kapitanı Lionel Messinin keçidində maraqlıdır.

Argentinalı superulduzu baş məşqçi Pep Qvardiola ilə münasibətlərinə görə azad agent kimi heyətə qatmaq fikrində olan ingilislər Halandın atası ilə danışıq aparır. Çünki gənc forvardın atası Alf-İnqe Haland 2000-2003-cü illərdə “Mançester Siti”nin formasını geyinib. Premyer Liqa təmsilçisi məhz bu amilin onlara kömək edəcəyini düşünür.

Qvardiola növbəti mövsüm ön xətdə Sterlinq-Haland-Messi “trio”suna güvənmək istəyir.