İcarəyə verilir – Linqard
26.01.2021 - 11:34
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Cessi Linqard qış transfer dövründə komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi “Vest Hem”ə keçməyə yaxındır.
London təmsilçisi Linqardı icarəyə götürmək niyyətindədir. Futbolçu digər Premyer Liqa təmsilçiləri “Vest Bromviç”lə “Şeffild Yunayted”in də maraq dairəsindədir.
Qeyd edək ki, Cessinin müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
0
0