“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə iki məğlubiyyətlə başlayıb.
Apasport.az saytının məlumatına görə, I turda Təl-Əviv “Makkabi”sinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri İspaniya “Vilyarreal”ına da məğlub olub.
1:3 hesablı yenilgidən sonra İ qrupunun turnir cədvəlində sonuncu pilləyə yuvarlanan “Qarabağ” tarixində ikinci dəfə Avropa Liqasının qrupuna belə uğursuz başlayıb. Ümumilikdə 6-cı dəfə bu turnirin əsas raundunda qüvvəsini sınayan Qurbanovun komandası yalnız 2018/19 mövsümündə ilk iki matçda məğlubiyyət alıb.
Digər 4 mövsümdə isə təmsilçimiz bu qarşılaşmalarda xalsız ayrılmayıb. 2015/16 və 2019/20 mövsümlərində “Qarabağ” startda 1 qələbə və 1 məğlubiyyətə imza atıb. 2014/15 və 2016/17 mövsümlərində isə ilk iki turun qazancı 1 xal olub.
Qeyd edək ki, ağdamlılar Avropa Liqasında oynamadığı 2017/18 mövsümündə Çempionlar Liqasında mübarizə aparıb. Həmin vaxt da qrupun ilk iki oyununda məğlubiyyət yaşanıb.
2014/15 |
2 |
0 |
1 |
1 |
0-2 |
1 |
2015/16 |
2 |
1 |
0 |
1 |
2-3 |
3 |
2016/17 |
2 |
0 |
1 |
1 |
3-7 |
1 |
2018/19 |
2 |
0 |
0 |
2 |
0-5 |
0 |
2019/20 |
2 |
1 |
0 |
1 |
4-4 |
3 |
2020/21 |
2 |
0 |
0 |
2 |
1-4 |
0 |