İlk klipi çıxdı – “Qalatasaray”ın futbolçusunun
11.04.2021 - 12:46
“Qalatasaray”ın futbolçusu Rayan Babel özünü başqa peşədə də sınayır.
Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü eyni zamanda musiqi bəstələyir və oxuyur.
Babel hətta ilk albomundakı bir mahnıya klip də çəkdirib. O, rep dediyi həmin klipdə Selma Omariyə yer verib. Albomunda 8 mahnı olduğunu söyləyən 34 yaşlı futbolçu Adje və Ço kimi musiqiçilərlə çalışdığını deyib.
Babel musiqi bəstələməkdən zövq aldığını açıqlayıb: “Musiqi yazmaq və oxumaq mənə ilham verir”.
0
0