İlk təyinat – mövsümdə
23.01.2021 - 21:58
Azərbaycan kubokunda 2020/21 mövsümünün ilk təyinatı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Səbail”lə “Zaqatala” arasında keçiriləcək 1/8 final mərhələsinin hakimləri müəyyənləşib.
Yanvarın 24-də “ASCO Arena”da baş tutacaq qarşılaşmanı Namiq Bəkirov idarə edəcək.
Azərbaycan kuboku
1/8 final
24 yanvar (bazar)
15:00. “Səbail” – “Zaqatala”
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”
0
0