Karyerasını bitirir – Orxan Məmmədov
12.03.2021 - 17:27
Karyerasını bitirir – Orxan Məmmədov

Beynəlxalq dərəcəli hakim Orxan Məmmədov karyerasını başa vurur.

Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, referi Azərbaycan Premyer Liqasının həftəsonu keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasında sonuncu dəfə də baş hakim kimi meydana çıxacaq. 

Bundan sonrakı karyerasını həvəskar və qadın hakimlərin təlimatçısı kimi davam etdirməyə qərar verən Məmmədov imtahanları uğurla verəcəyi təqdirdə 2021/2022-ci illər mövsümündən hakim-inspektor kimi Premyer Liqa oyunlarına təyinat ala biləcək.

Qeyd edək ki, 2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FİFA referisi 2008-2010-cu illərdə hakim köməkçisi, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.