Komandasını çətin vəziyyətdə qoydu - “Neftçi”nin futbolçusu
13.02.2021 - 18:58
Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyununun ilk hissəsində qırmızı vərəqə qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, qonaqlar artıq 22-ci dəqiqədə azlıqda qalıb.
Buna Ömər Buludovun meydandan qovulması səbəb olub. Müdafiəçi Maksim Medvedevə qarşı aşkar kobudluğa görə birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, qırmızı vərəqə göstərilən vaxt hesab 0:0 olub.
0
0