Laportanın ilk transferi – müqavilə razılaşdırıldı
14.03.2021 - 18:13
Laportanın ilk transferi – müqavilə razılaşdırıldı

“Mançester Siti”nin hücumçusu Serxio Aquero “Barselona” ilə anlaşıb.

Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, kataloniyalıların yeni prezidenti Joan Laporta argentinalı forvardla şəxsi müqaviləni razılaşdırıb.

“Şəhərlilər”lə müqavilə müddəti mövsümün sonuna qədər olan 32 yaşlı oyunçu La Liqa təmsilçisinə azad agent kimi yollanacaq. O, yeni komandası ilə 2 illik müqavilə bağlamağa razılıq verib.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən “Mançester Siti”də çıxış edir.