Lüsyen Favrı gətirir – “Marsel”
30.01.2021 - 10:56
Tanınmış mütəxəssis Lüsyen Favr Fransanın “Marsel” klubunun baş məşqçisi ola bilər.
Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi isveçrəli mütəxəssislə danışıqlara başlayıb.
O, yayda müqaviləsi başa çatacaq Andre Villaş-Boaşı əvəzləməlidir. 2019-cu ildən kluba rəhbərlik edən sonuncu anlaşmanı uzatmayacağını açıqlayıb.
Qeyd edək ki, ötən ilin dekabrında Dortmund “Borussiya”sından ayrılan Favr hazırda klubsuzdur.
0
0