Milli komandaların FİFA reytinqindəki hazırkı mövqeyi bəlli olub.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da yeri müəyyənləşib.
Millimiz canlı FİFA reytinqində 127-ci yerdə qərarlaşıb. Maltaya 0:1 hesabı ilə uduzan komandamız 6 pillə geriləyib.
Dünyanın 174-cü yığması qarşısında aciz qalan Canni de Byazinin yetirmələrinin aktivindəki xallar 1132,3-ə düşüb. Son FİFA reytinqində 1139 xalla planetin 121-cisi olan yığma Maltada 6,7 xal itirib.
Nəticədə 6 komanda millimizi keçib. Bunlar Farer adaları, Qambiya, Anqola, Zimbabve, Toqo və Qvatemala yığmalarıdır.
Qeyd edək ki, FİFA reytinqi martın 31-də açıqlanacaq.