İtaliya millisinin baş məşqçisi Roberto Mançininin gələcək karyerası ilə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu təcrübəli mütəxəssisin özü açıqlayıb.
O, yığmadakı işini davam etdirmək istədiyini təsdiqləyib. Mançini onu postunda saxlamaq istəyən İtaliya Futbol Federasiyası ilə eyni fikirdə olduğunu bildirib: “Biz federasiya ilə həmrəyik. Buna şadam. Yaxın günlərdə bunu müzakirə edəcəyik. Biz gələcək planlardan və nələri dəyişməli olduğumuzdan danışacağıq”.
Qeyd edək ki, İtaliya millisi Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzaraq DÇ-2022-dən kənar qalıb.