Markus Reşford millidən kənar qalır
09.03.2022 - 16:23
“Mançester Yunayted”in futbolçusu Markus Reşford İngiltərə millisindən kənar düşə bilər.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Qaret Sautqeyt onu martda keçiriləcək oyunlara çağırmaq niyyətində deyil.
Mütəxəssis öz klubunda daimi oyun praktikası qazanan futbolçuları yığmaya çağırmağa qərar gəlib. Markusun “Mançester Yunayted”dəki işləri idealdan çox-çox uzaqdır.
Bununla da Reşford DÇ-2022-də iştirak şansını çətinə salır. O, Mançester təmsilçisində heyətə düşə bilməsə, iyun və sentyabrdakı matçları da buraxmaq, Qətərə yollanmamaq təhlükəsi ilə üzləşəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0