Medinadan kəllə - Kanedən cavab
13.02.2021 - 20:07
Medinadan kəllə - Kanedən cavab

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyununda daha iki qırmızı vərəqə göstərilib.

Apasport.az saytının məlumatına görə, bu dəfə hər komandanın bir üzvü cəzalanıb.

Meydan sahiblərinin futbolçusu Kevin Medina rəqib oyunçu Mamadu Kaneyə kəllə vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. Ona cavab qaytaran Kane isə ikinci sarı vərəqə üzündən meydanı tərk edib.

Bu epizodda təyin olunan penaltini yerinə yetirən Namiq Ələsgərov komandasını yenidən hesabda önə çıxarıb – 2:1.