Milli komandada monitorinq – İcraiyyə Komitəsinin qərarı
03.03.2021 - 12:39
Milli komandada monitorinq – İcraiyyə Komitəsinin qərarı

Uqanda milli komandası baş məşqçisiz qalıb.

Apasport.az saytının məlumatına görə, futbol assosiasiyasının İcraiyyə Komitəsi Conni Makkinstrini müvəqqəti vəzifəsinin icrasını dayandırmağı istəyib.

Şimali irlandiyalı martın 2-dən 31-dək postundan kənar qalmalıdır. Bu müddətdə yığmaya onun köməkçiləri rəhbərlik edəcək. 

Federasiya bu müddətdə komandadakı işin qiymətləndirilməsi ilə bağlı monitorinq aparacaq. Martda Uqanda yığması Afrika Millətlər kubokunun seçmə mərhələsində Burkina-Faso və Malavi ilə görüşlərə çıxacaq.

Qeyd edək ki, Makkinstri 2019-cu ildən Uqanda millisini çalışdırır.