Millimiz irəlilədi - FİFA reytinqində
18.02.2021 - 11:57
Millimiz irəlilədi - FİFA reytinqində

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 108-ci pillədədir.

Millimiz 1180 xala malikdir. Hesabat dövründə heç bir oyun keçirməyən Canni de Byazinin yetirmələri 1 pillə irəliləyib. Komandamız 108-ci sıranı Estoniya ilə bölüşür. Yığmamızın irəliləyişinə Zimbabvenin geriləməsi səbəb olub.

Qardaş Türkiyə yığması 32-ci pillədə qalıb. Şenol Günəşin yetirmələrinin aktivində 1487 xal var.

Qeyd edək ki, siyahıya Belçika (1780) millisi başçılıq edir. Fransa 1755 xalla ikinci, Braziliya 1743 xalla üçüncüdür.