Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Apasport.az saytının məlumatına görə, yığmamız yer aldığı 3-cü qrupun III turunda Moldova ilə qarşılaşıb.
İlk iki matçda qələbə qazanan Joze Alesionun kollektivi əsas rəqibini Bakı İdman Sarayında qəbul edib. Moldovalılar komandamız qarşısında cəmi 6 dəqiqə tab gətirə bilib. Yığmamız ilk hissədəcə 3 cavabsız qolla görüşün taleyini həll edib. Üstünlüyünü fasilədən sonra da davam etdirən Alesionun yetirmələri aktivinə növbəti 3 xalı yazdırıb.
Turun digər görüşündə bu gün Yunanıstan Slovakiyanın qonağı olacaq.
Bu qələbə sayəsində maksimum göstərici ilə liderliyini möhkəmləndirən Azərbaycan millisi növbəti tur çərçivəsində martın 9-da Kişinyovda məhz Moldovanın qonağı olacaq.
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup, III tur
4 mart
Azərbaycan – Moldova – 5:1
Qollar: Fineo de Arauxo, 6.37; Rizvan Fərzəliyev, 13.44; Hadi Ahmadi, 14.51; Bolinya, 26.49, 39.59 – Sergey Takot, 25.15
Hakimlər: Culio Kolombin (İtaliya), Daniele Dadamo (San Marino)
Bakı İdman Sarayı
|
1 |
Azərbaycan |
3 |
3 |
0 |
0 |
12-2 |
9 |
|
2 |
Moldova |
3 |
1 |
1 |
1 |
8-10 |
4 |
|
3 |
Slovakiya |
2 |
0 |
1 |
1 |
5-8 |
1 |
|
4 |
Yunanıstan |
2 |
0 |
0 |
2 |
1-6 |
0 |