Millinin sabiq futbolçusu vəfat etdi – 28 yaşında
13.03.2021 - 17:00
Millinin sabiq futbolçusu vəfat etdi – 28 yaşında

Ukrayna milli komandalarının və “Şaxtyor” klubunun sabiq futbolçusu Rostislav Baqdasarov vəfat edib.

Apasport.az saytının məlumatına görə, onun 28 yaşında ölümünə ürəyindəki problemlərin səbəb olduğu iddia edilir.

Rostislav 2017-ci ildə cəmi 24 yaşında məhz bu səbəbdən karyerasını başa vurub. Donetsk təmsilçisinin yetirməsi olan sabiq futbolçu sonradan “Kolos” və “Stal”da da çıxış edib.

Qeyd edək ki, Rostislav Ukraynanın U-16, U-17 və U-18 yığmalarının şərəfini qoruyub.