Moldova ilə oyununun vaxtı dəyişdirildi - yığmamızın
23.03.2021 - 20:17
Moldova ilə oyununun vaxtı dəyişdirildi - yığmamızın

Moldova və Azərbaycan milli komandaları arasında Kişinyov şəhərində iyunun 5-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununun vaxtı dəyişdirilib. 

Apasport.az saytı xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

Bildirilir ki, görüş Moldova Futbol Federasiyası və AFFA arasında qarşılıqlı razılıq əsasında 1 gün sonra - iyunun 6-da təşkil olunacaq.