Moskvada koronavirusdan öldü – millimizin sabiq futbolçusu
28.01.2021 - 13:16
Azərbaycan millisinin keçmiş futbolçusu Gennadi Drozdov vəfat edib.
Bu barədə apasport.az saytına Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
O bildirib ki, veteran müdafiəçinin ölümünə səbəb koronavirusa yoluxması olub. Moskvada yaşayan Drozdov eyni zamanda xərçəng xəstəliyindən əziyyət çəkirdi. Veteran futbolçu 62 yaşında vəfat edib.
Qeyd edək ki, Gennadi Drozdov 1994-cü ildə Azərbaycan millisinin heyətində Rumıniya ilə (0:3) AVRO-1996-nın seçmə mərhələsi çərçivəsində meydana çıxıb.
0
0