![Mövsümdə ilk qələbə - “Qarabağ”ın rəqibindən](https://apasport.az/storage/news/2020/november/09/big/1604870808136_akIPagr3.jpeg)
İsrail çempionatında VI turun mübarizəsi davam edir.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”si səfər matçına çıxıb.
Giorqos Donisin yetirmələri autsayder “Bney Saxnin”in qonağı olub. Bu tura qədər çempionatda qələbə üzü görməyən komandaların duelində qonaqlar Yonatan Kohen (31-ci dəqiqədə penaltidən) və Aleksandar Peşiçin (67) qolları sayəsində minimal hesabla qalib gəlməyi bacarıblar – 2:1.
Mövsümdə ilk qələbəsinə sevinən “Makkabi” xallarının sayını 6-ya çatdırıb və turnir cədvəlində 8-ci pilləyə yüksəlib.