Mövsümün “ilk”i – “Qalatasaray”dan
11.02.2021 - 01:37
Mövsümün “ilk”i – “Qalatasaray”dan

Türkiyə kubokunun 1/4 final mərhələsində “Alanyaspor”la qarşılaşan “Qalatasaray” mövsümdə ilk yaşayıb.

Apasport.az saytının məlumatına görə, komanda bunu birinci hissədə qapısında 2 cavabsız top buraxmaqla gerçəkləşdirib.

“Cim-bom” bununla cari mövsüm ilk dəfə fasiləyə qədər iki dəfə mərkəzə dəvət olunub. Həmçinin kapitan Fernando Muslera da zədədən qayıtdıqdan bəri ilk dəfə iki qol buraxıb.

Qeyd edək ki, “Alanyaspor”a 2:3 hesabı ilə məğlub olan “Qalatasaray” ölkə kubokunda mübarizəni dayandırıb.