Məşqçi kimi 5-ci kubokunu qazandı - Xavi
27.02.2021 - 00:26
Əfsanəvi futbolçu Xavi Ernandes baş məşqçi kimi növbəti tituluna sahib çıxıb.
Apasport.az saytının məlumatına görə, “Əl-Sədd”in çalışdırıcısı komandasına bu dəfə Qətər Kubokunu qazandırıb.
Komanda final matçında “Əl-Duhail” üzərində 2:0 hesablı qələbə qazanaraq, kuboku muzeyinə aparıb. İkinci dəfə ölkə kubokuna yiyələnən 41 yaşlı Xavi məşqçi karyerasında 5-ci titulunu qazanıb. O, “Əl-Sədd”ə həmçinin Şeyx Yassim Kubokunu, Qətər Ulduz Kubokunu və Qətər Əmir Kubokunu qazandırıb.
Qeyd edək ki, Xavi Ernandes 2019-cu ilin mayından “Əl-Sədd”ə başçılıq edir.
0
0