Məşqçisi cəzalandı – “Keşlə”nin
10.03.2021 - 15:11
Məşqçisi cəzalandı – “Keşlə”nin

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, iclasda Premyer Liqanın XIX turunda baş verənlər müzakirə olunub.

“Keşlə” klubunun köməkçi məşqçisi Azər Bağırov “Neftçi” ilə səfər görüşündə oyunu ləngitdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. O, klubunu 800 manat ziyana salıb.

“Qəbələ” – “Səbail” oyununda qırmızı vərəqə alan futbolçuların cəzası fərqli olub. Meydan sahiblərinin müdafiəçisi Rüfət Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb və klubu 200 manat cərimələnib. Qonaqların oyunçusu Ruslan Hacıyev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb. Paytaxt təmsilçisi 1600 manat cərimə olunub. Oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat ödəməlidir.