Məşqləri dayandırdı – koronavirusa görə
23.02.2021 - 20:20
İtaliyanın “Torino” klubu məşqləri dayandırıb.
Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.
Üç futbolçusunda yoluxma aşkarlanan Turin təmsilçisi hazırlıqlara qeyri-müəyyən müddətə saxlamağa üstünlük verib.
Qeyd edək ki, A seriyasında 23 turdan sonra 20 xala malik “Torino” 17-ci pillədədir.
0
0