“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Vilyarreal” itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, III tur çərçivəsində Təl-Əviv “Makkabi”si ilə keçirilən oyunda Xayme Kosta sıradan çıxıb.
32 yaşlı sol cinah oyunçusu İspaniya təmsilçisinin 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 65-ci dəqiqəsində zədələnərək əvəzlənib. Baş məşqçi Unay Emeri müdafiəçidə əzələ problemi olduğunu, lakin durumu barədə yalnız tibbi müayinədən sonra dəqiq məlumat verə biləcəklərini söyləyib.
Qeyd edək ki, “Vilyarreal” 9 xalla İ qrupuna başçılıq edir, “Qarabağ” isə aktivinə hələ xal yazdıra bilməyib. Azərbaycan çempionu ispanlarla son tur çərçivəsində dekabrın 11-də üz-üzə gələcək.